İraqda qan dayanmır

İraqın paytaxtı Bağdadda baş verən partlayışlarda 7 nəfər ölüb, 19 nəfər yaralanıb

Maide.az xəbər verir ki, İraqın paytaxtı Bağdadda baş verən partlayışlarda 7 nəfərin öldüyü, 19 nəfərin yaralandığı bildirilib.
 
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Bağdadın şimalındakı Əş-şaab bölgəsi, Ət-taci qəzası ilə Əl-amil və Əl-Adl məhəllələrində əl istehsalı partlayıcıyla təşkil olunan hücumlarda 6 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.
 
Hüquq-mühafizə orqanlarının həmçinin paytaxtın cənubundakı Əs-Seyyidiyyə bölgəsində kimliyi hələ ki, müəyyən edilməyən bir cəsəd tapdığı qeyd edilib.

Google+ WhatsApp ok.ru