Rusiya Türkiyəyə nota verib 25 Noyabr 2015 02:00 Dünya Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) "Su-24" təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı səfiri Ümid Yardıma ölkəsinin nota sənədini təqdim edib. Bu haqda "RİA Novosti" məlumat yayıb. "Türkiyənin səfirinə Rusiyanın təyyarəsi ətrafında yaranmış hadisə ilə bağlı ciddi xəbərdarlıq və etiraz edilib", - məlumatda vurğulanıb. Qeyd edək ki, noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib. Rusiya prezidenti Vladimir Putin bu hadisəni "arxadan zərbə" adlandırıb. Türkiyə prezidenti isə deyib: "Türkiyənin öz sərhədlərini qorumaq haqqı var, hamı bu qanuni hüquqa hörmət etməlidir". Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, "Su-24"-ün pilotlarından biri ölüb. Açıqlamada bildirilib ki, pilotları xilas etmək üçün hadisə yerinə uçan helikopter vurulub, Rusiyanın bir hərbi dənzi piyadası öldürülüb. Teqlər : #Rusiya Türkiyəyə nota verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda qan dayanmır Rusiyada Türkiyə səfirliyinə hücum olub - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO