İraqda terror aktı: Çoxsaylı qurbanlar var

İraq paytaxtı Bağdad partlayışında ən azı 10 nəfər həlak olub
 
Bazar günü gecə İraq paytaxtı Bağdadın bazarında baş verən partlayışda ən azı 20 nəfər də yaralanıb. 
 
İraq təhlükəsizlik mənbələri bildiriblər ki, Bağdadın bölgələrindən birində bomba quraşdırılmış avtomobil partladılıb və nəticədə onlarla mağaza və avtomobil yanıb və əmlaka ciddi ziyan dəyib. Hələlik heç bir şəxs və yaxud qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyib.
 
Lakin İŞİD terror qruplaşması ötən aylarda İraqın müxtəlif yerlərində törədilən partlayışların məsuliyyətini üzərinə götürüb. 
 
Bundan öncə də terror qruplaşmaları Səlahəddin vilayətinin tabeliyində olan Tikrit-Bici şose yolunda 4 bomba quraşdırılmış avtomobili partladıblar. Nəticədə 14 nəfər həlak olub.

Google+ WhatsApp ok.ru