Gürcüstanda yerli sakinləri Suriyaya göndərən Şişaninin qohumu saxlanılıb 15 İyun 2015 01:00 Dünya Gürcüstan Daxili İşlər Nazirliyi Pankisi dərəsində xüsusi əməliyyat keçirib. Bu barədə nazirliyin açıqlamasında bildirilir. Məlumata görə, Pankisi dərəsində yaşayan yerli sakinlərin Suriyaya göndərilməsində əli olan 5 nəfər həbs olunub. "Rustavi 2" televiziyası xəbər verib ki, əməliyyat nəticəsində İŞİD liderlərindən biri olan Tarxan Batiraşvilinin yaxın qohumu və İŞİD-in Gürcüstandakı nümayəndəsi adlandırılan Qayoz Borçaşvili saxlanılıb. Pankisidən başqa, Tiflisdə də xüsusi əməliyyatın keçirildiyi bildirilir. Gürcüstanın daxili işlər nazirinin əməliyyatla bağlı geniş açıqlaması gözlənilir. Teqlər : #Gürcüstanda yerli sakinləri Suriyaya göndərən Şişaninin qohumu saxlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İtkin düşən 17 yaşlı uşağın səsi İŞİD-dən gəldi - FOTOLAR İraqda terror aktı: Çoxsaylı qurbanlar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO