İraqda türk fəhlələri qaçıran qruplaşma ilə toqquşma olub 04 Sentyabr 2015 01:00 Dünya İraq silahlı qüvvələrinin türk fəhlələri qaçırdığına şübhələnilən silahlı qrupa qarşı paytaxt Bağdadda keçirdiyi əməliyyatda 1 əsgərin öldüyü, 3-nün yaralandığı bildirilib. Maide.az xəbər verir ki, Bağdad Əməliyyatları Komandanlığından yayımlanan yazılı açıqlamada, türk işçiləri qaçıran qrup üzvlərindən birinin paytaxtın Fələstin küçəsində olduğuna dair alınan kəşfiyyatdan sonra bölgəyə gedən xüsusi təyinatlılara atəş açılıb. Açıqlamada təhlükəsizlik qüvvələrinin mütəşəkkil cinayətkar dəstələrin təqibinə davam edəcəyi və vətəndaşların təhlükəsizliyi ilə ölkə iqtisadiyyatına ziyan vurmalarına icazə verilməyəcəyi bildirilib. Xatırladaq ki, Bağdadda fəaliyyət göstərən Türkiyə şirkətinin stadion tikintisində işləyən 18 türk vətəndaşı, çərşənbə günü uniformalı qrup tərəfindən qaçırılıb. Teqlər : #İraqda türk fəhlələri qaçıran qruplaşma ilə toqquşma olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda Amerikanın hərbi bazasına qarşı raket hücumu Ərəbistanın Yəmənə hücumları davam edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO