Ərəbistanın Yəmənə hücumları davam edir

Maide.az xəbər verir ki, Səudiyyənin döyüş təyyarələri cümə günü Yəmənin cənubundakı Əlbəyza ilə Ebin rayonları arasındakı Makiras bölgəsini hədəf alması nəticəsində bu bölgədə yaşayanlar böyük ziyan çəkiblər.
 
Səudiyyə döyüş təyyarələri həmçinin Yəməndəki Səda rayonundakı Zat Elra və Maarib və Al-Qərar bölgələrini sıx bombardman altına saxlayaraq, bu bölgələrdə yaşayanlara ağır zərbələr vurublar.
 
Yəmən ordusu və könüllü qoşunları Səudiyyəlilərə məxsus bir tankı Cizan sərhəd bölgələrində məhv etməyə nail olublar.
 
Digər tərəfdən Yəmən gücləri Səudiyyənin Cizandaki yerləşən mövqelərinə doğru irəliləməyə davam etdikləri görünür. 
 

Google+ WhatsApp ok.ru