İraq koronavirus məhdudiyyətlərini asanlaşdırır 20 Aprel 2020 11:08 Dünya İraq hökumətinin Böhran Kabineti tərəfindən verilən açıqlamaya görə, sağlamlıq qaydalarına əməl edilməsi şərtiylə komendant saatı istisna olmaqla, iş yerləri, fabriklər və emalatxanaların açılmasına icazə verilir. Maide.Az xəbər verir ki, açıqlamada, təhsil müəssisələrinin, ibadət yerlərinin, qəhvəxanaların, idman sahələrinin, ticarət mərkəzlərinin, toy salonlarının bağlı qalacağı və hər cür kollektiv iclaslar və dəfn mərasimləri qadağasının davam etdiyi qeyd edilir. Bildirilir ki, ölkədə 4 nəfərdən çox insanı daşıyan ictimai nəqliyyat vasitələrinin istismarına qadağa da davam edir və günün müəyyən saatlarında 3 tondan çox yük daşıyan taksi və nəqliyyat vasitələrinin işləməsinə icazə veriləcək. Ramazan ayında tətbiq ediləcək komendant saatının da asanlaşdırılacağı ifadə edən açıqlamada, yerli vaxtla saat 19.00 ilə 6.00 arasında komendant saatı tətbiq ediləcəyi bildirilir. Digər tərəfdən, əyalətlərdəki epidemik vəziyyətə görə, qubernatorların fərqli qərarlar qəbul etmək səlahiyyətinə sahib olduğu vurğulanır. İraqdakı Səhiyyə Nazirliyi dünən ölkədə koronavirus hadisələrinin sayının 1539-a çatdığını və 82 adamın öldüyünü açıqlayıb. Teqlər : #İraq,#koronavirus,#məhdudiyyətlərini,#asanlaşdırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğal olunmuş ərazidə Netanyahu əleyhinə etiraz aksiyası keçirilib - VİDEO Kosovada kənd məscidi yandırıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO