Renault 15 mindən çox avtomobili geri çağırır

Maide.az xəbər verir ki, Fransanın nəhəng avtomobil konserni "Renault" zərərli qazların atılması üçün nəzərdə tutulan qurğuya yenidən baxmaq üçün 15 mindən çox avtomobili geri çağırır. Bu barədə Fransanın ekologiya naziri Seqolen Ruayal bildirib.
"Mühərriki sazlamaq üçün yarım gün lazımdır. Renault mühərriki düzəltmək və əsl vəziyyətinə qaytarmaq üçün 15 min avtomobil geri çağırmağı öhdəsinə götürüb", - deyə nazir bildirib.

Google+ WhatsApp ok.ru