Ruhani: İran xalqı təzyiq və hədələrlə geri oturmayacaq

İran prezidenti nüvə şəhidlərindən birinin ailəsi ilə görüşdə vurğulayıb ki, İran xalqı təzyiq, hədə və öz alimlərinə hücumla geri oturmayacaq.
 
Maide.az-ın məlumatına görə, Həsən Ruhani dünən axşam İran Milli Nüvə Texnologiyası Günü ərəfəsində nüvə şəhidi- doktor Əli Məhəmmədinin mənzilində onun ailəsi ilə görüşüb. 
 
İran prezidenti bu görüşdə deyib: İranın nüvə şəhidləri düşmənlərə göstərdilər ki, İran xalqı ölkəsinin inkişafı və tərəqqisi üçün yolun sonunadək dayanıbdır.
 
O, belə qeyd edib: Düşmənlər elə zənn edirdilər ki, İranın nüvə alimlərini şəhid etməklə İran xalqının elm və müqavimətinin reallaşması yolunu məğlubiyyətə uğradıblar və bu, düşmənlərin böyük səhvidir və onlar hələ elə zənn edirlər ki, xalq bu cür təzyiq, təhdid və alimlərin həyatına hücumlarla geri oturacaq. 
 
Cənab Həsən Ruhani İran ilə altılıq arasındakı nüvə müzakirərlərinə işarə edərək, deyib: Ümid edirik ki, qarşımızda duran yol İran xalqının dəstəyi ilə nəticəyə çatacaq və İran xalqı nüvə elmi xüsusiyyət təşkil etməklə daha artıq elmi nailiyyətlər əldə edəcək.

Google+ WhatsApp ok.ru