Kabildə baş verən partlayışlarda ölənlərin sayı 100 nəfəri keçib 27 Avqust 2021 12:31 Dünya ABŞ hərbçiləri də daxil olmaqla Kabil hava limanında ötən gün baş verən partlayışlar zamanı həyatını itirənlərin ümumi sayı 100 nəfəri keçib. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Wall Street Journal” Əfqanıstan Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşına istinadən məlumat yayıb. Məluamta görə, həmin partlayışlarda 160 nəfər yaralanıb. Bildirilib ki, ötən gün baş verən partlayışlar nəticəsində 90 Əfqanıstan vətəndaşı, Pentaqonun məlumatına görə, 18 ABŞ hərbçisi həyatını itirib. Taliban qruplaşması elan edib ki, dünənki partlayışlarda 28 qrup üzvi ölüb. Qeyd edək ki, Kabil hava limanında baş verən partlayışların məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. Teqlər : #Kabildə,#baş,#verən,#partlayışlarda,#ölənlərin,#sayı,#100,#nəfəri,#keçib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İSNA agentliyi ATV telekanalının İran xalqından üzr istədiyi haqqında xəbər dərc edib İran üç milyon yarım əfqanıstanlıya ev sahibliyi etdiyini bildirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO