Rusiyada 7 mindən artıq məscid var

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin federasiyadakı məscidlərin sayının son 30 ildə 70 dəfə artdığını açıqlayıb.

Maide.az-ın məlumatına görə, O,  deyib ki, hazırda Rusiyada 7 mindən çox məscid mövcuddur.

Qanutdinin sözlətinə görə, Sovet dönəmində Rusiyada cəmisi 100 məscid olub.

Müftilər Şurasının rəsmi hesabatınd paytaxt Moskva şəhərinin mərkəzində 2 milyon, ətrafında isə 650 min qədər müsəlmanın yaşadığı qeyd edilir.

O, məscidlərinin sayının  artmasını Rusiyaya Azərbaycandan, Qafqazdan və Mərkəzi Asiyadan gələn müsəlmanların sayının çoxalması ilə əlaqələndirir.

Qeyd edək ki, Türkiyə mətbuatının məlumatına görə, bu rəqəm Sankt Peterburq və Leninqradda 750 min ətrafındadır. Ümumilikdə isə Rusiyada 20 milyon müsəlman yaşayır. Şura son illərdə federasiyada İslam dinini qəbul edənlərin sayının çoxaldığını da bildirib. //

 

Google+ WhatsApp ok.ru