Rusiya MN: Britaniya gəmisinin Qara dənizdə təhlükəli hərəkətləri BMT konvensiyalarının pozulmasıdır

Rusiya MN: Britaniya gəmisinin Qara dənizdə təhlükəli hərəkətləri BMT konvensiyalarının pozulmasıdır

Rusiya Müdafiə Nazirliyi (MN) Böyük Britaniyanı Qara dənizdə gəmi insidenti ilə bağlı təhqiqat aparmağa çağırıb.

 
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
 
Rusiya MN bu gün Qara dənizdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Defender” minadaşıyan gəmisinin təhlükəli hərəkətlərini BMT konvensiyalaırnın kobud şəkildə pozulması kimi qiymətləndirib.
 
Qeyd edək ki, bu gün Qara dəniz donanması Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə birlikdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Defender” tipli minadaşıyan gəminin Qara dənizdə sərhədi pozduğunu aşkarlayıb. Sərhəd keşikçi gəmisi xəbərdarlıq atəşi açıb, Su-24M bombardmançı təyyarəsi isə xəbərdarlıq məqsədli bomba atıb.

Google+ WhatsApp ok.ru