Rusiyanın Ədəndəki Baş Konsulluğuna hava zərbəsi nəticəsində ciddi ziyan dəyib

Rusiyanın Yəmənin Ədən şəhərindəki Baş Konsulluğunun binasına hava zərbəsi nəticəsində ciddi ziyan dəyib.
 
Bu barədə “RİA Novosti”yə Rusiyanın Yəməndəki səfirliyindən bildirilib.   
 
“Binada bütün pəncərələrin şüşələri qırılıb”, deyə mənbə bildirib. Onun sözlərinə görə, hazırda konsulluğun fəaliyyətinin dayandırılması və Rusiya vətəndaşlarının təxliyəsi məsələləri nəzərdən keçirilir.  
 
Məlumata görə, hücum zamanı binada heç kim olmayıb.  
 
Bundan əvvəl husilər tanklarla Ədənə hücuma keçərək şəhərin mərkəzini nəzarətə alıblar. 

Google+ WhatsApp ok.ru