Rusiya Səudiyyənin Yəmən blokadasını yardı

Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Yəmənə tətbiq etdiyi blokadaya baxmayaraq, Rusiyaya məxsus döyüş gəmilərinin Yəmən quru sularına daxil olduğu açıqlayıb.
 
Maide.az-ın Yəmənin "İbb Press" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Sanadakı siyasi mənbələr Rusiya döyüş gəmilərinin Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya blokadasını yardığını və koalisiya qüvvələrindən icazə almadan Yəmən sularına girdiyini açıqlayıb.
 
Bu barədə danışan mənbələr Səudiyyə koalisiyanın Rusiya təyyarələrinin Yəməndəki vətəndaşlarını təxliyə etmək üçün Sana hava limanına enişinə icazə verməyi gecikdirməsinə görə Rusiyanın da döyüş gəmilərini hərəkətə keçirməyə qərar verdiyini bildirib və Səudiyyə koalisiyanın Rusiya gəmilərinə mane olmağa cəsarət etmədiyini deyib.
 
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov dünən Rusiya Dəniz Qüvvələrinə aid gəmilərin 45-i Rusiya vətəndaşı olmaqla 308 nəfəri Yəməndən çıxardığını açıqlamışdı.
 
"İbb Press" informasiya agentliyi başqa bir xəbərində də ölkənin cənubundakı Abyan sahilindən Yəmənə girməyə çalışan Misir ordusuna mənsub 40 əsgərin bir qisminin öldürüldüyünü, bir qisminin isə əsir götürdüyünü yazıb.

Google+ WhatsApp ok.ru