Səna və Yəmənin digər şəhərləri amansızcasına bombalanır 18 Aprel 2015 01:00 Yəmən Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün 24-cü günüdür. Maide.az-ın məlumatına görə, "Əl-Həds" televiziyası Ərəbistan qırıcılarının Yəmənin Təiz və İb şəhərlərinin səmasında uçuşlar keçirdiyini bildirib. Məlumatda bildirilir ki, Ərəbistan qırıcılarının Səna, Təiz, Sədə və Şəbuh şəhərlərində Husilərin mövqelərinə hücumları yenidən başlayıb. Səna əhalisi isə Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü və BMT Təhlükəsizlik Şurasının Husilərə qarşı mövqeyinin pislənilməsi istiqamətində əl-Təğyir meydanında aksiya keçirib. Baxmayaraq ki, beynəlxalq ictimaiyyət sükutunu pozmaq və bu etirazçıların səsini eşitmək niyyətində deyil. Teqlər : #Səna və Yəmənin digər şəhərləri amansızcasına bombalanır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Abdulla Saleh: Heç bir şəraitdə Yəməni tərk etməyəcəm Ruhani: “Səudiyyə Ərəbistanı cavabını alacaq”
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'