Səudiyyə rejim təyyarələri Sənanı bombalamağa davam edir 27 Aprel 2015 01:00 Yəmən Səudiyyə Ərəbistanı qırıcı təyyarələri bazar günü bir daha Yəmən paytaxtı Səna şəhərinin bölgələrini bombardman edib. Maide.az əl-Aləm telekanalına istinadən məlumat verir ki, Səudiyyə rejim qırıcı təyyarələri bazar günü gecə bir neçə dəfə Yəmən paytaxtında əl-Ərqub Xəvlan məntəqəsini bombardman edib. Əl-Məyadin xəbər televiziyası da Ədənin qərbində Dar İmran məntəqəsində ağır döyüşlərin getdiyini və dənizdən Səudiyyə rejim arsenalı tərəfindən bu şəhərin ağır atəşə məruz qaldığını bildirib. Səudiyyə rejimi ötən həftə 27 gün təcavüz və yüzlərlə mülki şəxxsi qətliam etdikdən sonra Yəmənə qarşı hərbi əməliyyatını dayandırdığını elan etdi. Lakin atəşkəs elan olunduqdan 2 saat sonra təcavüzkar Ərəbistan qırıcı təyyarələri yenidən Yəmənin infrastruktur və yaşayış obyektlərini bombardman etdilər. Yəmən İnqilab Komitəsi bu çağırışla bu ölkə xalqını bazar ertəsi günü keçiriləcək etiraz aksiyasında iştirak etməyə səsləyib. Etiraz aksiyası bu gün "Səudiyyə düşmənə qarşı birlik" şüarı adı altında keçiriləcək. Səudiyyə Ərəbistanın Yəmənə hərbi təcavüzündə indiyə qədər 3 mindən çox insan, o cümlədən uşaq və qadınlar həlak olub və minlərlə nəfər isə yaralanıb./ Teqlər : #Səudiyyə rejim təyyarələri Sənanı bombalamağa davam edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Livanda maraqlı Yəmən aksiyası: Hər kəs bu ölkədə baş verən qətliamı özü təsvir edir-Foto Yəmən ordusu və `Ənsarallah` növbəti dəfə “Əl-Qaidə” terrorçularından Səudiyyə silahları aşkar edib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'