Səudiyyə rejiminin təcavüzü nəticəsində sutka ərzində 176 nəfərdən çox yəmənli həlak oldu

Ötən 24 saat ərzində Ali-Səud rejimi qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumları yüzlərlə yəmənlinin həlak olması ilə nəticələnib.
Maide.az əl-Aləm xəbər telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir və ötən sutka ərzindəki hücumlar nəticəsində 176-dan çox yəmənli həlak olub. 
Yəmənin mərkəzində əl-Bəyza təhlükəsizlik idarəsi yaxınlığında bomba quraşdırılmış bir avtomobil partladılıb. Nəticədə 10 nəfər həlak olub və bir qrup da yaralanıb. Bu idarə Ənsarullah Hərəkatının nəzarətindədir. 
Əl-Məsirə xəbər telekanalı da reportajında bildirib ki, Həccə vilayətinin Hirz şəhərində Almaniya xəstəxanası çərşənbə axşamı gecə Ərəbistanın hava hücumuna iki dəfə məruz qalınb. Bu hücum nəticəsində bir qrup xarici vətəndaş, tibb işçiləri və bu xəstəxananın gözətçiləri yaralanıblar. 
 Ədən körfəzində yerləşən Ərəbistanın bir gəmisi Ləhic vilayətinin əl-Vəht məntəqəsində məscidi hədəfə alıb. Bu hücumla bağlı ilkin məlumatlara görə, hadisədə 9 nəfər həlak olub. 
Qeyd edək ki, Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə təcavüzü nəticəsində çoxlu sayda məscid, məktəb, dini obyekt, bazar, muzeylər və tarixi qalalar viran edilmişdir.  Yəmən Ənsarullahının Cenevrə müzakirələrindəki nümayəndəsi Əli əl-İmad BMT-nin Yəmən böhranının həllində Ərəbistanın tərəfini saxladığına toxunaraq deyib ki, Yəmənin məsləhəti ərəbistanlı şahzadələr deyil, yalnız ölkə daxilindəki siyasi cərəyanlar və xalq tərəfindən gerçəkləşməlidir. 
Amerikanın xərclərin təmin olunması yolu ilə bir çox beynəlxalq qurumlarda qərar qəbuledici rola malik olduğunu bəyan edən əl-İmad bildirib ki, amerikalılar və səudiyyəlilər BMT-yə nüfuz edərək bu beynəlxalq qurumda qərarların qəbul edilməsi mərkəzlərini ələ keçiriblər./

Google+ WhatsApp ok.ru