Səudiyyə qırıcılarının Yəmənə hücumları davam edir

Səudiyyə Ərəbistan qırıcıları bir daha Yəmənin paytaxtı Səna şəhərini bombardman edib.
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistan ordusunun qırıcıları 2 gün davam edən nisbi sakitliyin ardınca, gözlənilmədən Sənaya hücum edib. Səudiyyə təyyarələri bu hücum zamanı bir məscid və bir bazarı hədəfə alıb. Hələ ki, ölən və yaralananların sayı barədə dəqiq məlumat yoxdur. 
Səudiyyə Ərəbistanın Yəmənin Sədə vilayətinə, Kətaf bölgəsində yerləşən Sədr məntəqəsinə qarşı hücumlarında isə 12 nəfərin öldüyü bildirilir. 
Yəməndən daxil olan məlumatlarda həmçinin bildirilir ki, dünən Ədən şəhərinə olan hücumlarda, Yəmən ordusu və xalq qüvvələri ilə terrorçular və fərari prezidentin tərəfdarları arasında ağır toqquşmalar baş verib. Ölü sayının 57-yə çatdığı bildirilir. Xəstəxana mənbələri bu toqquşmalar zamanı 215 nəfərin də yaralandığını bildiriblər. 
Hərbi mənbələrin dediklərinə görə, fərari prezident Əbd Rəbbə Mənsur Hadinin tərəfdarları Ədən şəhərinə nəzarəti tam formada ələ keçirməyə çalışırlar. Hazırda, Əbd Rəbbə Mənsur Hadi hökumətinin bəzi nazirlərinin də Ədən şəhərində olduğu bildirilir. 
Həmçinin, dünən işğalçı Ərəbistan ordusunun Ədən şəhərinə çıxarllması ilə bağlı fotoşəkillər yayımlanıb. Ərəbistan hərbçiləri terrorçular və Mənsur Hadinin tərəfdarı olan yaraqlıları dəstəkləmək məqsədilə Ədənə gətiriliblər./
 

Google+ WhatsApp ok.ru