Səudiyyə rejiminin Yəmənə hücumları davam edir 01 Avqust 2015 01:00 Yəmən insanların vəziyyəti acınacaqlıdır Ötən gecə də Yəmənin Sədə, Ləhic, Həccə və Marib vilayətləri bir daha bombalanıb. Bu hücumlarda bir qrup yəmənli şəhid olub və yaralanıb. Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təyyarələri Yəmənin Sədə vilayətində bir bölgəni bombardman ediblər. Nəticədə bir ailənin ən azı 4 üzvü həlak olub. Səudiyyəlilərin amansız hücumlarının davam etməsi Yəməndə insan faciəsini yaradır və humanitar yardım qrupları ərzaq və dərmana ehtiyaclı 21 milyon yəmənlinin acınacaqlı vəziyyəti barədə xəbərdarlıq ediblər. Son rəsmi statistikaya əsasən, Yəməndə şəhid olan və yaralananların sayı 15 mindən çoxdur. Bu arada Yəmən ordusu və xalq qüvvələri də ötən gecə səudiyyəlilərin Cizandakı bir hərbi bazasına hücum edərək bir qrup səudiyyəli hərbçini öldürüblər. Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın sərhəd bölgələri, o cümlədən bu ölkənin sərhəd qvardiyasının Nəcran komandanlığı və Zəhranda əl-Məltah hərbi bazasını raket və top atəşinə tutublar. Nəticədə 12 Səudiyyə Ərəbistan hərbçisi öldürülüb və yaralanıb. / Teqlər : #Səudiyyə rejiminin Yəmənə hücumları davam edir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərəbistan BMT-nn Yəmən haqdakı hesabatından narahatdır Mənsur Hadinin müavinin Yəmənin cənubuna məqsədyönlü səfəri
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'