Səudiyyəlilərin Yəmənə hücumunda 30 yəmənli şəhid olub

Ali-Səud qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hava hücumlarında onlarla sivil vətəndaş şəhid olub və yaralanıb.
 Maide.az  əl-Məsirə telekanalına istinadən xəbər verir ki, Təizə hava hücumlarında 19 nəfər, Şibvə vilayətində 7 nəfər, Sənada isə  4 uşaq  şəhid olub. 
Yəmən ordusu və xalq qüvvələri isə Təizdə bir neçə bölgəyə nəzarəti ələ keçirib və təkfirçi ünsürləri bu bölgələrdən çıxarıb. 
Səudiyyə qırıcı təyyarələri həmçinin Marib və Ləhic vilayətlərində müxtəlif bölgələri bombalayıb. 
Xəbər mənbələri Birləşmiş Ərəb Əmirlikləri hərbi təyyarələrinin Yəmən paytaxtı Sənaya irimiqyaslı hava hücumları etdiyini bildirib. 
Ərəbistan qüvvələrinin Yəmənin Həccə vilayətinin Hirz məntəqəsinə hücumunda bir qrup afrikalı öldürülüb. 
Səudiyyə Ərəbistanı təyyarələrinin son hücumlarında Yəmənin əl-Hədidə vilayətinin Xoxe məntəqəsində 22 hindistanlı balıqçı həlak olub. 
Məlumatda həmçinin bildirilir ki, Yəmənin Marib vilayətində bir hərbi dairə bildlirb ki, səudiyyəli təcavüzkar koalisiyasının hərbi helikopterləri ilk dəfə olaraq Yəmənin fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tərəfdarlarına dəstək əməliyyatında iştirak edib. 
Yəmən ordusu və xalq qüvvələri də səudiyyəli qüvvələrin Nəcran, Cizan və Marib vilayətlərindəki bazalarını raketlə atəşə tutublar. 
Bu hücumda bir səudiyyə hərbi avtomobili məhv edilib və onun bütün sərnişinləri öldürülüb. 
Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi deyib ki, Təcavüzkarlar bilirlər ki, Yəmən xalqının onların hücumlarına reaksiya vermək üçün çoxlu seçimi vardır. 
Məhəmməd Əli əl-Husi deyib: Strateji seçimlər mərhələsi hələlik başlamayıb və bu gün baş verənlər ona hazırlıqların görülməsidir. 
BMT-nin hesabatına əsasən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava hücumları  nəticəsində Yəmənin müxtəlif bölgələrində 4500-ə yaxın nəfər şəhid olub. /
 

Google+ WhatsApp ok.ru