Səudiyyə Ərəbistanın Yəməndəki cinayətləri davam edir

Səudiyyə qırıcılarının Yəmənin cənubunda bir toy mərasiminə hücumu 75 nəfərin ölümünə səbəb olub.
Maide.az xəbər verir ki, Livanın Əlməyadin informasiya kanalının xəbər portalı məlumat yayıb ki, Səudiyyə Ərəbistan qırıcıları bazar ertəsi günü Təəz-in Əlməxa məntəqəsində bir toy mərasimini bombalayıblar.  Nəticədə əksəriyyəti qadın və uşaq olan azı yetmiş beş nəfər həlak olub, onlarla nəfər də yaralanıb.
Anti-Yəmən ərəb koalisiya qüvvələri Səudiyyə Ərəbistanın başçılığı altında bu gün həmçinin Təəzdə xüsusi təyinatlı təhlükəsizlik qüvvələrinin bazasını hədəfə alıb.
Əlaləm telekanalı məlumat yayıb ki, Səudiyyə rejimi  Marəb şəhərinin qərb məntəqələrinə qarşı son hücumlarında kasset bombalarından istifadə edib. Bu telekanal yerli bir qaynağa istinadən bildirib ki, səudiyyə qırıcıları 25 dəfədən çox Marəbdəki Əlməsariyyə, Əlcəfinə və İdat Əlra məntəqələrinə hücum edib və bu məntəqələrdə şiddətli partlayışlar baş verib.
Hücumlar səudiyyəli təcavüzkarların Marəb ətrafında irəliləyişdə nakam qalmalarından sonra baş verib.  Səudiyyə qırıcıları həmçinin Yəmən paytaxtının şərq və cənub məntəqələrini bombalyıb. /

Google+ WhatsApp ok.ru