Səudiyyə Ərəbistanına silah satışına qarşı Britaniyada simvolik etiraz - VİDEO 19 Mart 2016 02:00 Yəmən Amnesty Internationalın Britaniyadakı üzvləri cümə günü Londonda etiraz aksiyası keçirib və İngiltərə hökumətinin Səudiyyə Ərəbistana silah satışını pisləyiblər. Maide.az xəbər verir ki, aksiya iştirakçıları üzərində “Yəmənlilərin canına qəsd etmək üçün, İngilis istehsalı” şüarı yazılmış “Paveway IV” tipli raketlərin modellərini özləri ilə daşıyıblar. Amnesty International bildirir ki, İngiltərə hökuməti Səudiyyə Ərəbistana 2015-ci ildə 2 min 400 raket və 58 ədəd təyyarə satıb. Aksiya iştirakçıları bildiriblər ki, bacardığımız qədər çalışacayıq ki, diqqəti “Britaniya hökumətinin Səudiyyə Ərəbistana silah satdığına və Yəməndə baş verənlər haqqında məlumatlı olduğumuza” yönəldək. İngiltərə və Səudiyyə rejimi arasında silah alış-verişinə dair mövcud saziş beynəlxalq qanunlara ziddir və ləğv olunmalıdır. Biz Britaniya hökumətindən tələb edirik ki, Səudiyyə Ərəbistana silah satışını dayandırsın. / Teqlər : #Səudiyyə Ərəbistanına silah satışına qarşı Britaniyada simvolik etiraz VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə Səudiyyə Rejiminə qarşı irimiqyaslı aksiya Yəməndə Əl-Qaidə düşərgəsi vurulub
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'