Səudiyyə Ərəbistan rejiminin Yəmənlə bağlı “B planı` ifşa olunub

Al-Aləm telekanlı yazır ki,  Amerikanın internet saytlarından biri Səudiyyə Ərəbistan rejiminin Yəmənlə bağlı “B planı"nı  ifşa edib. 

Maide.az xəbər verir ki, məlumata əsasən, Səudiyyə Ərəbistan rejimi  13 aydan çoxdur ki, Yəmənə hava hücumları təşkil etsədə  məğlub hesab olunur və istəklərinə çata bilməyib. Bu rejim hücumlardan nəticə əldə etmədiyi üçün “B” planını işə  salmağı planlaşdırır və oda  Yəməni  bölməkdir.

Məlumatda bildirirlir ki, Əl-Qaidə kimi terrorçu quruplaşmaların Yəməndə fəaliyyəti nəzərə alınarsa bu ölkədə terrorçuların geniş fəaliyyəti üçün daha bir fürsətin yaranması güman olunur ki, bu özü bölgə üçün böyük təhlükədir.

 Ərəbistan bəzi ərəb ölkələri ilə koalisiya quraraq Yəmənin müxtəlif bölgələrini ötən bir ildə vəhşicəsinə hücumlara məruz qoyumuşdur. Nəticədə səkkiz mindən çox yəmənli həlak olmuş və on minlərlə insan yaralanmışdır.

 

 

Google+ WhatsApp ok.ru