Səudiyyə rejiminin Yəmənə təcavüzü davam edir: 22 nəfər həlak olub, 17 nəfər yaralanıb 19 İyul 2016 01:00 Yəmən Səudiyyə Ərəbistan rejiminin Yəmənin müxtəlif bölgələrini bombalaması nəticəsində ən azından 22 nəfər həlak olub, 17 nəfər yaralanıb. Maide.Az xəbər verir ki, Səudiyyə qırıcıları bu gün səhər Əl-Hədidə əyalətində iki yanacaq daşıyan avtomobili hədəf alıblar. Bu hücumda bir nəfər həlak olub, 2 nəfər yaralanıb. Bundan başqa Ərəbistan qırıcıları Cof əyalətində Məslub bölgəsini, Təzz əyalətində Məxa və əl-Vazie bölgələrini də bombalayıb. Bu hücumlar zamanı da onlarla insan həyatını itirib və yaralananlar var. Qeyd edək ki, Yəmən əl-yovm xəbər prtalının məlumatına görə, Səudiyyə Ərəbistanın ötən günki hücumları zamanı 20 nəfər həlak olub, 16 nəfər yaralanıb. Teqlər : #Səudiyyə rejiminin Yəmənə təcavüzü davam edir: 22 nəfər həlak olub,#17 nəfər yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Əl-Qaidə” Yəməndəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb Yəməndə imamcüməyə qarşı terror aktı həyata keçirilib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'