Səudiyyə  rejimi bu dəfə xəstəxananı bombaladı:  25 nəfər həlak oldu

Səudiyyə rejimi bu dəfə xəstəxananı bombaladı: 25 nəfər həlak oldu

Səudiyyə  Ərəbistanı rejim qırıcıları  Yəmənin şimal-qərbindaə  Haccah əyalətində  xəstəxananı bombalayıb.

Maide.Az  Əl-masirah kanalına istinadən məlumat verir ki, bazar ertəsi baş verən hücum zamanı  “Əbəs”  xəstəxanasında ölən və yaralananlar arasında həm tibbi  personal və həmdə xəstələr var.
 
Hücum zamanı ən az 25 nəfərin həlak olduğu bildirilir. Onlarla şəxs isə yaralanıb. 
 
“Sərhədsiz həkimlər" (MSF)  Təşkilatının Yəmən üzrə  nümayəndəsi Məlik Şahər  deyib, Səudiyyə rejim  qırıcılarının xəstəxanaya hücumunu təsdiqləyib və deyib ki, Əbəs xəstəxanasında  MSF-in  həkim birqadası  çalışırdı.  
 
Bildirilir ki,  ölən həkimlər arasında bir nəfər İspaniyalı həkim xanımda var. 
 
Qeyd edək ki, bir neçə gün öncədə təcavüzkar  Ərəbistanı rejimi qırıcıları  Yəməndə məktəbi bombalamışdı və 50 –dən çox məktəbli  həyatını itirmişdi.  Sözdə insan haqları müdafiəçiləri olan Qərb ölkələri və bəzi beynəlxalq təşkilatlar bu cinayətlər qarşısında sükut edirlər. 

Google+ WhatsApp ok.ru