Səudiyyə Ərəbistanın təcavüzü Yəmənə 14 milyard dollar ziyan vurub 17 Avqust 2016 01:00 Yəmən Reuters-in yayımladığı məxfi hesabata əsasən, Səudiyyə Ərəbistanın Yəmənə 16 aylıq təcavüzünün ilk 7 ayında bu ölkəyə 14 milyard dollardan çox ziyan dəyib. Maide.Az xəbər verir ki, Reuters elan edib ki, əldə etdiyi gizli hesabat göstərir ki, Yəmənin infrastrukturuna dəymiş ziyan o qədər çoxdur ki, bu ölkə yenidən qurulması üçün çox zəhmət çəkməlidir. Məlumatda bildirilir ki, Yəmən əhalisinin yarısından çoxu hazırda bu müharibəyə görə aclıqla üzbəüzdür. Agentlik bildirir ki, bu hesabat Dünya Bankı, BMT, İslami İnkişaf Bankı və Aİ-nin birgə hazırladığı hesabatın ilkin versiyasıdır. “Müharibə indiyədək Yəmənin infrastrukturuna bir başa 7 milyard dollar, iqtisadi ziyanlar isə 7,3 milyard dollardır.” Agentlik bildirir ki, Yəməndə müharibə davam etdiyi üçün bu rəqəm getdikcə böyüyür. Hesabat 2015-ci ilini sonu və 2016-cı ilin əvvəlinə kimi hesablanıb. Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiya Yəməndə qadağan olunmuş silahlardan istifadə edir, məktəbləri, xəstəxanaları, məscidləri bombalayır. Reuters-in yayımladığı gizli hesabatda Yəmənin Təhsil Nazirliyinə istinadən bildirilir ki, Səudiyyə qırıcılarının bombalaması nəticəsində Yəməninin 20 əyalətində 1671 məktəb ziyan görüb ki, onlardan 287 məktəb tamamilə dağıdılıb. Hücuma məruz qalmış bu məktəblərin 544-də qaçqınlar məskunlaşıb. Hesabatda dağıdılmış məktəblərdən 143-nün yenidən qurulması üçün 268 milyon dollar vəsait proqnozlaşdırılıb. Hesabatda Yəmənin Səhiyyə Nazirliyinə istinadən bildirilir ki, 3652 peyvənd vurma mərkəzindən 900-u 2016-cı ilin əvvəlindən tətil olub ki, buna görə 2,6 milyon yəmənli uşağa “qızılca” xəstəliyi təhlükəsi ilə üzləşib. Teqlər : #Səudiyyə Ərəbistanın təcavüzü Yəmənə 14 milyard dollar ziyan vurub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində 7 mindən çox yəmənli şəhid olub Yəməndə Səudiyyə rejimi əleyhinə geniş miqyaslı mitinq keçirilib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'