Səudiyyə Ərəbistanı Yəmən paytaxtını bombalayıb 13 Dekabr 2017 02:00 Yəmən -- 39 nəfər ölüb, 80-dən çox yaralı var Təcavüzkar Səudiyyə Ərəbistanı rejim qüvvələri Yəmənin paytaxtı Səna şəhərinin polis idarəsinə havadan zərbə endirib. Maide.Az xəbər verir ki, "Anadolu" agentliyinin məlumatına görə, hava hücumu nəticəsində 39 nəfər ölüb. 80-dən çox yaralı xəstəxanaya yerləşdirilib. Hadisə zamanı polis idarəsinin binasında 180 nəfər olub. Xatırladaq ki, 2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində Yəməndə 20 milyon nəfərin - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub. Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib. Ötən altı ay ərzində Yəməndə 900 min yəmənli uşaq vəbaya tutulub. Teqlər : #Səudiyyə Ərəbistanı Yəmən paytaxtını bombalayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ənsərullah lideri: “Bu gün Yəmən böyük bir bəlanı dəf etdi” BMT: Yəməndə 10 gün ərzində 115 dinc sakin öldürülüb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'