Səudiyyə ordusu yenidən uşaqlara atəş açıb: 26 ölü var 24 Avqust 2018 01:00 Yəmən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin liman şəhəri olan Hudeydəyə avia zərbə endirib. Maide.Az "FaktXəbər"ə istinadən məlumat verir ki, əl-Dureyhim qəsəbəsində mülki vətəndaşları daşıyan mikroavtobusa atılan raket nəticəsində 22-si uşaq, 4-ü qadın olmaqla, ən azı 26 nəfər həyatını itirib. Buna qədər Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri 9 avqustda Yəmənin Səda şəhərinə təşkil etdiyi oxşar hücumda 50 məktəbli qətliam edilmişdi. Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib. Qeyri rəsmi məlumatlara görə, ölənlərin sayı 50 min nəfərdən çoxdur. Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli evlərindən didərgin düşüb. Teqlər : #Səudiyyə ordusu yenidən uşaqlara atəş açıb: 26 ölü var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP ərəb koalisiyasının Yəməndə törətdiyi qətliam və cinayətlərlə bağlı bəyanat yayıb BMT ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbəsini araşdırmağa çağırıb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'