Səudiyyə rejiminin zorakılığı nəticəsində Yəməndə 3 min qadın və 5 min uşaq həyatını itirib 12 Oktyabr 2018 12:41 Yəmən Yəmənin Səhiyyə Nazirliyi bəyanat verərək, Səudiyyə rejiminin Yəmənə hücumlarının başlamasından etibarən 3 min yəmənli qadının həyatını itirdiyini bildirib. Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, UNİCEF də son vaxtlar hazırladığı hesabatında, Səudiyyə rejiminin Yəmənə hücumlarında indiyə qədər 5 mindən çox uşağın öldüyünü və ya orqan itkisinə məruz qaldığını bildirib. Yəməndə yaşayan təxminən 11 milyon uşağın demək olar ki, bütün humanitar yardımlara ehtiyacı var. BMT-nin Uşaq Hüquqlarını Müdafiə Komitəsi isə dərc etdiyi yekun hesabatında, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Yəmənə qarşı hücumlarında 1200-dən artıq uşağının öldüyünü bildirib. 18 müstəqil ekspertdən ibarət komitə Yəməndə mülki yaşayış məskənlərinə qarşı hava hücumlarının dayandırılmalı olduğunu vurğulayıb. Teqlər : #Səudiyyə,#rejiminin,#zorakılığı,#nəticəsində,#Yəməndə,#min,#qadın,#və,#min,#uşaq,#həyatını,#itirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyənin qərarı 8 min insanın həyatına son qoya bilər BMT: Yəmən dünyada ən ağır humanitar vəziyyətdə olan ölkədir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'