Səudiyyəyə Ərəbistanına silah satışına qadağa qoyuldu - İngiltərədə 20 İyun 2019 15:14 Yəmən İngiltərənin Kassasiya Məhkəməsi Səudiyyə Ərəbistanına silah satışının qanunlara zidd olduğuna dair qərar çıxarıb. Maide.Az “dunyabulteni”ə istinadla xəbər verir ki, Məhkəmə Beynəlxalq Ticarət Nazirliyinin beynəlxalq humanitar qanunların pozulmasını araşdırmadan Səudiyyə Ərəbistanına silah satışına icazə verməsini ağılsızlıq və hüquqa zidd kimi qiymətləndirib. Qeyri-hökumət təşkilat olan "Silah Satışına Qarşı Kampanya"nın müraciətini qiymətləndirən Kassasiya Məhkəməsi Səudiyyə rejiminə silah satışını qanuna zidd sayıb. Ər-Riyad və ona müttəfiq qüvvələrin ölkədə apardıqları işğalçı müharibəsinə dəstək olan və Səudiyyə Ərəbistanına silah satan ölkələrdən biri də İngiltərədir. MƏhkəmənin bu qərarı ilə silah satışı dayandırılması gözlənilir. Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar. Teqlər : #Səudiyyəyə,#Ərəbistanına,#silah,#satışına,#qadağa,#qoyuldu,#İngiltərədə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən qüvvələri Səudiyyənin Elekstrik Stansiyasını qanadlı raketlərlə vurub Yəməndən Səudiyyə rejiminə növbəti güclü zərbə
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'