Səudiyyə koalisiyasının Yəmənli uşaqların qətli ilə bağlı dəhşətli statistika 09 Dekabr 2019 19:08 Yəmən Yəmən Səhiyyə Nazirliyinin nümayəndəsi bazar günü Səudiyyə koalisiyasının hava hücumları nəticəsində ən az 800 yəmənli uşağın əlil olduğunu söyləyib. Maide.Az xəbər verir ki, Yusif əl-Xəzeri bu uşaqların çoxunun hərəkət qabiliyyətini tamamilə itirdiyini söyləyib. Yəmən Səhiyyə Nazirliyinin sözçüsü, Səudiyyə koalisiyasının hücumları və Yəmənin mühasirəsi səbəbindən beş yaşına qədər üç milyona yaxın uşağın aclıqdan əziyyət çəkdiyini də qeyd edib. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) bu yaxınlarda Yəməndəki humanitar vəziyyəti “fəlakətli” adlandırdı və Yəmənin səhiyyə sisteminin Səudiyyə koalisiyasının hücumları səbəbindən məhv edildiyini bildirib. Yəməndə təcili humanitar yardıma ehtiyacı olan 11 milyona yaxın uşaq var. Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum etdi və ona qurudan, dənizdən və havadan blokada tətbiq etdi. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub. Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub. Teqlər : #Yəmən,#səudiyyə Əeəbistan,#uşaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən ordusu Səudiyyə ordusuna məxsus vertolyotu vurdu Yəməndə 5 ildə 15 min 420 mülki şəxs öldürülüb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'