Səudiyyə rejiminin Yəmənə 5 illik hücumunun ağır nəticəsi - HESABAT 13 Aprel 2020 10:59 Yəmən Yəmən Hüquq və İnkişaf Mərkəzi Səudiyyə koalisiyasının ötən 5 ildə Yəməndə törətdiyi cinayətlərin və Yəmən infrastrukturunun yox edilməsinə dair bir hesabat dərc edib. Maide.Az xəbər verir ki, Yəmən Hüquq və İnkişaf Mərkəzi tərəfindən dərc olunan hesabatda ötən 5 il ərzində Səudiyyə koalisiyasının Yəmənə etdiyi təcavüz nəticəsində 16 mindən çox yəmənlinin şəhid olduğu bildirilir. Səudiyyə rejiminin hücumları nəticəsində həyatını itirənlərin 2462 nəfərin qadın, 3931 nəfərinin isə uşaq olduğu bildirilir. Eyni zamanda hesabatda hücumlar nəticəsində 3039 nəfəri qadın, 4220 nəfəri də uşaq olmaqla 25 min 401 yəmənlinin də yaralandığı açıqlanıb. Səudiyyəlilərin Yəmən infrastrukturunu hədəf alan hücumlarına bağlı rəqəmlərin də qeyd olunduğu hesabatda Səudiyyə rejiminin hücumları nəticəsində 15 aerodromun, 14 limanın, 2700 körpünün və yolun, 193 elektrik stansiyasının, 739 su anbarının və 442 dəmiryol stansiyasının yox edildiyi vurğulanıb. Təqribən 428 min 828 mənzilin tamamilə dağıdıldığı qeyd olunub. Hesabatda Səudiyyə hücumlarının Yəmən iqtisadiyyatına vurduğu ziyanla bağlı rəqəmlər də açıqlanıb. Belə ki, Səudiyyə hücumları nəticəsində 355 zavod, 370 yanacaq doldurma məntəqəsi, 652 bazar, 266 yanacaq daşıyan tanker, 8319 ticarət mərkəzi, 4199 nəqliyyat vasitəsi, 774 ərzaq anbarı, 439 maldarlıq obyekti, 642 ərzaq daşıyan yük maşını, 454 yanacaq daşıyan qayıq eləcə də 953 məscid, 360 turizm mərkəzi, 344 xəstəxana və kilinika, 130 idman kompleksi, 914 məktəb , 41 mətbuat mərkəzi, 76 universitet, 219 tarixi əsər, 4134 əkin sahəsi məhv edilib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. İllərdir davam edən müharibədə 16 mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla insan evlərindən didərgin düşüb. Teqlər : #Səudiyyə,#rejiminin,#Yəmənə,#illik,#hücumunun,#ağır,#nəticəsi,#HESABAT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ənsarullah: Səudiyyənin atəşkəs elanı dezinformasiyadır Yüzə yaxın Səud əsgəri öldürülüb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'