Seyid Əmmar Həkim: İŞİD Bağdada girə bilməyəcək

İraq İslami Ali Şurasının başçısı Seyid Əmmar Həkim verdiyi açıqlamada Bağdaddakı son təhlükəsizlik vəziyyətinin yaxşı olduğunu, terroristlərin paytaxta girə bilməyəcəklərini vurğulayıb.
 
Maide.az-ın məlumatına görə, Seyid Əmmar Həkim sözlərinin davamında İraq millətinin güclü və dimdik ayaqda olduğunu, terroristlərdən qorxmadığını və onlara qarşı qəti zəfər əldə edəcəyini vurğulayıb.
 
Seydi Əmmar həkim bunları deyib: "Mövcud məhdud imkanlarla terroristləri İraqın müxtəlif bölgələrindən uzaqlaşdırmağı bacardıq." 
 
O, xarici ölkələrin quru qüvvələrinin İraqa girdiklərinin qəbuledilməz olduğunu, İraqlıların öz torpaqlarını terroristlərdən təmizləməyi bacaracaqlarını vurğulayıb.

Google+ WhatsApp ok.ru