Tehranın İmam cüməsi Səud rejimini sərt tənqid etdi

Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub
 
Maide.az-ın İran KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ayətullah Seyid Əhməd Xatəmi xütbəsində Ərəbistanın xarici işlər naziri Səud Əl-Feysəl-in İran barədə o cümlədən regiondakı sabitsizlikdə İranı təqsirli  sayması haqda ittihamlarına toxunub və deyib  : “Hamı yaxşı bilir ki, terrorçu İŞİD qruplaşması Ərəbistanın neft dollarları sayəsində təşkil olunub və islam aləmində törədilən hər bir terror aktında müdaxiləsi olan şəxslərin xərcləri, Ərəbistanın xəzinəçilik idarəsi tərəfindən təmin olunur.”
Regionda yaşanan bütün mənfi proseslərdə Ərəbistanı “təqsirli” hesab edən Ayətullah Xatəmi deyib: “Ərəbistan hakimiyyətinin əsəbiləşməsinin səbəbləri  məlumdur. Çünki onun İraq və Suriya dövlətlərini devirmək üzrə yatırdığı investisiyaları səmərəsiz olub.”
Tehranın bu həftəki cümə namazının xətibi çıxışının davamında Ərəbistanda şiə ruhanilərindən olan Şeyx Baqir Nəmrə qarşı çıxarılan edam hökmünü ədalətsiz sayıb.
Ayətullah Xatəmi deyib : “Sırf Vilayət Fəqih, Ərəbistanda şiələrin yaşam hüququnu , eləcədə bu ölkədə sakit aksiyalarda iştirak edənlərin hüququnu himayə etdiyi üçün Şeyx Baqir Nəmrə qarşı edam hökmünün çıxarılması  yolverilməzdir. İranda cinayət törədən şəxslərin edam edilməsindən özlərinin narahatlığını gizlədə bilməyən insan haqları müdafiəçiləri, ərəbistanlı bu ruhaniyə qarşı çıxarılan edam hökmünə reaksiya verməyiblər.” /
 
 

Google+ WhatsApp ok.ru