Sionist İsrail qüvvələri və fələstinli gənclər arasında şiddətli qarşıdurma baş verib 18 Aprel 2017 01:00 Fələstin Sionist İsrail rejim qüvvələri Nablus şəhərin Maacin bölgəsinə hücum edib və hücum nəticəsində fələstinlilər və işğalçı rejim qüvvələri arasında qarşıdurma baş verib. Maide.Az Fələstin KİV-lərinə istinadən xəbər verir ki, ötən gecə baş verən qarşıdurmada işğalçı rejim əsgərlərinin atdığı atəş nəticəsində 11 fələstinli gənc yaralanıb. İsrail əsgərlərinin atdığı gözyaşardıcı qaz isə 23 nəfərdə nəfəs alma problemi yaradıb. Fələstində "Əsirlər Günü" münasibəti ilə Qərbi Şəriyənin müxtəlif bölgələrində genişmiqyaslı etiraz aksiyaları keçirilir. Fələstinlilər aclıq aksiyası keçirən 1500 əsirlə həmrəylik nümayiş etdirmək məqsədi ilə bazar ertəsi gününü “Azadlıq və Kəramət Günü" adlandırmışdır. Fələstinli əsirlər aclıq aksiaysını işğalçı rejim həbsxanalarında əsirlərin saxlanma durumunun yaxşılaşdırılmasına dair danışıqların nəticəsiz qalmasından sonra başlayıb. İşğalçı rejim aclıq aksiyası keçirən fələstinli əsirlərdən 6 nəfəri “karsa” salıb. Fələstin Milli Məclisi 1974-cü ildə aprel ayının 17-ci fələstinli əsirlərlə "Həmrəylik Günü" kimi təsdiqləyib və hər il Fələstin torpaqlarında bu gün müxtəlif bölgələrdə etiraz aksiyaları təşkil olunur. Fələstinli KİV-lərin məlumatına görə, İsrail rejimi təkcə mart ayında Qərbi Şəriyədə, Qəzza zolağında və işğal olunmuş Qüdsdə 509 fələstinlini həbs edib. Həbs olunanlar arasında 75 uşaq, 13 qadın və 5 jurnalist var. / Teqlər : #Sionist İsrail qüvvələri və fələstinli gənclər arasında şiddətli qarşıdurma baş verib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzza zolağında fəaliyyət göstərən elektrik stansiyası işini dayandırılıb İsrail rejimi zindanlarında aclıq aksiyası keçirən 1500 fələstinlinin vəziyyəti pisləşib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar