İsrail bombardmanı dayandıracaq 25 İyul 2014 01:00 Dünya İsrailin Haarets qəzeti məlumat verib ki, Con Kerri yaxın saatlarda atəşkəs elan edəcək. ABŞ ilk günlər İsrailin qələbə çalacağını düşünüb susmuşdu. Lakin fələstinlilərin müqavimətindən sonra İsrailin növbəti məğlubiyyətini hiss edərək, bu addımı atmağa məcbur olub. Qeyd edək ki, İsrail artıq 18 gündür ki, Qəzza əməliyyatı həyata keçirib. Fələstinlilər də bu gün qiyama qalxıblar. Dünya KİV-lərində bu qiyam “3-cü intifada” və ya “İsrail baharı” adlandırır. Məscid-i Əqsa, Ramallah, İordan çayının qərb sahili və Ramallah ilə Qüds arasındakı Kalandiya bölgəsindən on minlərlə insan Qəzzaya doğru yürüşə keçib. İzdiham qarşısında polis qaçmağa üz tutsada, yürüşə mane olmaq istəyən İsrail əsgərlərinin atəş açması nəticəsində iki fələstinli həyatını itirib. Ramallahda Kalandiya bölgəsində 20 mindən çox Fələstinli Qəzzaya dəstək olmaq və İsrailə qarşı müqavimət göstərmək üçün küçələrə tökülüb. Məscid-i Aqsa da isə təravih namazından sonra minlərlə fələstinli nümayiş keçirib. Qüdsə doğru gedən qrupla İsrail əsgərləri arasında şiddətli qarşıdurmalar baş verib. Maide.az-ın məlumatına görə, Ümumilikdə Qəzza əməliyyatlarında 18 gün ərzində qadın və uşaqlar da daxil olmaqla 815fələstinli şəhid olub, 5237 nəfər isə yaralanıb. Teqlər : #İsrail bombardmanı dayandıracaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qüds Günü bütün dünyada Fələstinə dəstək aksiyası ilə qeyd edilib - FOTO Qəzza qan içində: 884 şəhid, 5840 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO