İsrail rejimi 4 uşağı belə qətlə yetirdi - VİDEO

Maide.az-ın məlumatına görə, Qəzzada İsrail rejiminin ardıcıl bombardmanları nəticəsində dünən dəniz kənarında hər şeydən xəbərsiz futbol oynayan 4 uşağın ölümünə səbəb olub. Onlar sionist İsrail rejiminin 5 saatlıq atəşkəs elan etdiyi anda baş verib.

İsrail ordusunun, futbol oynayan 4 uşağı öldürdüyü an kameralara saniyə-saniyə əks olundu. Eyni ailədən olan uşaqların yaşları 9-12 arasında olub.

Hücumlar zaman 2 fələstinli uşaq da yaralanıb. Xəstəxanaya aparılan uşaqlarsdan birinin vəziyyəti ağırdır.

İsrail rejiminin qətlə yetirdiyi 4 əmi oğlu, yüzlərlə fələstinlinin iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, İsrail rejiminin Qəzzaya əməliyyatları başlatdığı 7 iyuldan bəri həyatını itirən fələstinlilərin sayı 223-ə çatıb. Hücumlarda 1670 fələstinli yaralanıb. Həmasın İsrailə atdığı raketlər nəticəsində isə 1 israilli ölüb.


 

Google+ WhatsApp ok.ru