Tunisdə terrorçular 14 hərbçini öldürdü

Terrorçuların silahlı hücumu nəticəsində Tunisdə 14 hərbçi öldürüldü


İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, Tunisin Əlcəzairlə sərhəddində yerləşən Qəsrin vilayətində terror aktı baş verib. 

Terror aktı iftar zamanı baş verib. Tunis hərbçilərinin mövqelərinə qumbara atanlardan hücum edən terroçular 14 hərbçini öldürüb. 

Ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, Tunis ordusu Qəsrin vilayətini “Əl-Qaidə” terrorçuları ilə mübarizə məqsədi ilə, bağlı bölgə elan edib.

Google+ WhatsApp ok.ru