ÜST: Avropada gündəlik koronavirusa yoluxma halı Çindən çoxdur

ÜST: Avropada gündəlik koronavirusa yoluxma halı Çindən çoxdur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa qitəsinin koronavirus pandemiyasının episentrinə çevrildiyini bəyan edib. 

 
"Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib. 
 
Onun sözlərinə görə, Avropada gündəlik koronavirusa yoluxma halı Çindən çoxdur.
 
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 136ölkədə qeydə alınıb.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Google+ WhatsApp ok.ru