İstanbulda partlayış və atışma olub

Türkiyənin ən böyük şəhəri olan İstanbulda iki nəfər ABŞ konsulluğu yaxınlığında atəş açıb. Bundan bir neçə saat öncə isə polis bölməsinə bombalı hücum olub.
Bomba partlayışı zamanı, üç polis əməkdaşı da daxil olmaqla, ən azı 10 nəfərin yaralandığı bildirilir. ABŞ konsulluğuna hücum zamanı heç kimin xəsarət almadığı deyilir. Hücumlar Türkiyə ilə üsyançı Kürdüstan İşçı Partiyası (PKK) arasında gərginliyin artdığı ərəfədə baş verib.
Türkiyə həmçinin bu yaxınlarda İslam Dövləti (İD) qruplaşmasına qarşı daha aktiv mübarizə aparacağını elan edib.
Hücum etmiş şəxslərin İD ilə əlaqəsinin olub-olmadığı məlum deyil. ABŞ konsulluğuna hücum təşkil edən şəxslər polisin cavab atəşi ilə qaçmağa məcbur olub, lakin qadın olduğu güman edilən şəxsin yaxalandığı deyilir. Konsulluq fəaliyyətini dayandırıb. Polis bölməsinə hücumun baş verdiyi ərazidə polislə atışmada iki şübhəli silahlının öldürüldüyü bildirilir. Qarşıdurma zamanı bir polis əməkdaşı da öldürülüb, məlumatda deyilir. /

Google+ WhatsApp ok.ru