Tacikistanda dövlət çevrilişinə cəhd olub

Tacikistan Müdafiə Nazirliyi 25 hərbi qulluqçunun ölməsinə dair bir sıra kütləvi informasiya vasitələrində  yayılan məlumatı təkzib edib.
 
Maide.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Faridun Maxmadaliyev bildirib.
 
Onun sözlərinə görə, sabiq müdafiə nazirinin müavini Xalim Nazorzodanın başçılığı ilə həyata keçirilən hücum nəticəsində hərbi qulluqçular zərər çəkməyib.
 
“Hərbçilər Tacikistan hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatda iştirak etmirlər”, deyə F. Maxmadaliyev qeyd edib.
 
Bundan əvvəl, sabiq müdafiə nazirinin müavinin qruplaşması və hərbçilər arasında baş verən insident nəticəsində 33 Tacikistan DİN və MN əməkdaşının, həmçinin, 9 nəfər silahlının öldüyü bildirilirdi. 
 
Qeyd edək ki, Tacikistan prezidenti Emoməli Rəhmon tərəfindən vəzifəsindən azad edilən Abdulxalim Nazarzodaya  sadiq qüvvələr Düşənbə və Vahdat şəhərində milis əməkdaşlarına qarşı bir neçə hücum ediblər. Atışma nəticəsində 8 DİN əməkdaşı güllələnib. Hazırda qruplaşma üzvləri Ramit dərəsində gizlənib. Qruplaşmanın zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat həyata keçirilir. 

Google+ WhatsApp ok.ru