İtkin düşən 17 yaşlı uşağın səsi İŞİD-dən gəldi - FOTOLAR 15 İyun 2015 01:00 Dünya Maidə.az-ın məlumatına görə, İraqın şimalında Bayci şəhərində terror aktını həyata keçirən intiharçılardan biri Böyük Britaniyanın 17 yaşlı vətənadaşı Talha Əsmal olub. Valideynləri oğlanlarının şəkillərini ekstremistlərin yaydıqları fotolardan tanıyıblar. Bu barədə The Telegraph agentliyi məlumat yayıb. Oğlunun hər zaman xeyirxah və qayğıkeş olduğunu deyən Talhanın atası İŞİD-i övladının sadölövhlüyündən və saflığından istifadədə təqsirləndirib. Övladını ölümə göndərən İŞİD liderini isə o, "öz çirkin işlərini özləri etməkdən çəkinən qorxaq" adlandırıb. Verilən məlumata görə, Talha Qərbi Yorkşirdəki evini cari ilin mart ayının əvvəllərində tərk edib və dostu Həsən Munşi ilə İŞİD-ə qoşulub. Yorkşir polisi Talhanın ölümü və İŞİD-ə qoşulma xəbəri barədə şərh verməyib. Xatırladaq ki, Bayci şəhərində terror nəticəsində 11 nəfər həlak olub. Teqlər : #İtkin düşən 17 yaşlı uşağın səsi İŞİDdən gəldi FOTOLAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tiflisdə baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb-Foto-Yenilənib Gürcüstanda yerli sakinləri Suriyaya göndərən Şişaninin qohumu saxlanılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO