Türkiyə Parlamentinin binası yaxınlığında partlayış 08 Yanvar 2015 02:00 Dünya Türkiyə Böyük Millət Məclisinə yeni alınan generatorların işlədilməsi zamanı çıxan güclü tüstü və partlayışa bənzər səs çaxnaşmaya səbəb olub. Maide.az xəbər verir ki, Parlamentin yeni xidmət binasının önündəki generatorlardan çıxan qara tüstü Məclis binasında yanğın çaxnaşması yaradıb. Xilasetmə qüvvələri əraziyə cəlb edilib. Səlahiyyətlilər bildiriblər ki, hər hansı bir yanğın baş verməyib. Yeni alınan generatorların ilk işlədilməsi zamanı borularda yığılıb qalmış qurum bu şəkildə bayıra çıxıb və buna görə partlayışa bənzər səs yaranıb. Ancaq bir müddət sonra sıx tüstü özbaşına kəsilib. Teqlər : #Türkiyə Parlamentinin binası yaxınlığında partlayış, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə Sultanəhməd partlayışını törədən xanım çeçen imiş İran və Oman bank sektorunda əməkdaşlığını artırır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO