Türkiyədə Sultanəhməd partlayışını törədən xanım çeçen imiş

Sultanəhməd İstanbul Turizm Şöbəsinə canlı bomba hücumu təşkil edən və Kənan Kumaş adlı polis məmurunun ölümünə səbəb olan qadın terrorçunun Rusiya vətəndaşı olan Riana Ramazova olduğu müəyyənləşdirilib.
Hücumu ilk əvvəl DHKP-C üzərinə götürsə də, sonra "Qara dul" iddiası ortaya atıldı.
 
Maide.az xəbər verir ki, Türkiyənin "Fox TV" kanalı hücumu həyata keçirən canlı bombanın Moskvada 38 nəfərin öldüyü terror aktını həyata keçirən "Qara dul" təşkilatının üzvü olduğunu irəli sürüb.
 
Xatırladaq ki, Rusiyanın paytaxtı Moskvada şəhərində 2010-cu ildə həyata keçirilən terror aktında 38 nəfər ölmüşdü. Bombalı hücumlar "Qara dul" kimi tanınan çeçen qadın kamikadzelər tərəfindən həyata keçirilmişdi.
 
"Qara dul"lar  həyat yoldaşlarını Rusiya ilə müharibədə itirən və silahlı mübarizə cərgələrinə qoşulan qadınlar kimi tanınır. Bu qadınların əksəriyyəti kamikadze olur.
 
Bu qadın terrorçulara "Qara dul" deyilməsinin səbəb başdan-ayağa qara geyinmələridir.

Google+ WhatsApp ok.ru