Ukraynada Malayziya təyyarəsi süqut edib - VIDEO

295 sərnişin həlak olub

Malayziya  hava yollarına məxsus Boinq tipli təyyarə Ukrayna ilə Rusiya sərhəddi yaxınlığına süqut edib.

Maide.az-ın BBC-yə istinadən məlumatına görə, təyyarə Amestardam şəhərindən Kuala- Lumpur şəhərinə uçurmuş. Göyərtəsində 288 sərnişin və 7 ekiplaj olan təyyarənin bütün sərnişinləri həlak olub.

Malayziya Daxili İşlər Nazirliyi təyyarənin raketlə vurulduğunu iddia edib.

Ukrayna təhlükəsizlik xidməti rusiyameylli döyüşçülərin vurulmuş təyyarə ilə bağlı danışıqlarını əldə edib. 
 
ANS PRESS-in məlumatına görə, danışıqlarda bir neçə terrorçu Ukraynanın şərqində vurulmuş təyyarə haqqında danışır.
 

 

Google+ WhatsApp ok.ru