Sionist rejimi atəşkəs rejimini pozdu

Rejimin baş naziri Benyamin Netanyahu yerüstü əməliyyatlara göstəriş verib

 

Sionist rejim və Fələstinin İslami Müqavimət Hərəkatı ( Həmas)-ın arasında müvəqqəti atəşkəsin bərqərar edilməsinə rəğmən, bu rejimin Qəzzə zolağına qarşı hücumları davam etməkdədir.

Netanyahunun kabinetinin bəyanatında deyilir ki, əməliyyatın məqsədi fələstinli döyüşçülər tərəfindın qazılmış tunellərin məhv edilməsidir.

Şahidlər Qəzzanın sərhədinə ağır artilleriyanın toplaşdığını bildiriblər.
Maide.az-ın “Ələqsa” telekanalına istinadən məlumatına görə, Sionist rejim ordusunun Qəzzə zolağına qarşı hücumlarından 10 gün keçməsinə rəğmən bu rejimin fələstinlilərə qarşı hücumları davam etməkdədir və İsrail rejiminin ordusu cümə axşamı günü Rəfəh şəhərinin şərqində Əbu-Muəmmər bölgəsini artilleriya hücumuna məruz edib.

Sionistlərin bu rəhmsiz təcavüzü nəticəsində, Əbul-Həsin bölgəsində Fələstin vətəndaşlarından 4 nəfəri yaralanıb və Sionist rejimin hərbi təyyarələrinin Qəzzə zolağının mərkəzində Deyr-Əl-Bələhə qarşı hava hücumlarında isə bir fələstinli şəhid olub , iki nəfər də yaralanıb.

Daxil olan digər bir məlumata əsasən , Sionist rejim hərbçiləri Beytül-Müqəddəsin şimalında Qələndiya düşərgəsində fələstinli etirazçıların sıralarını dağıtmaq üçün onların üstünə rezin güllə və gözyaşardıcı qazlardan istifadə ediblər . Sionistlərin bu hücumunda gənc fələstinlilərdən 14 nəfəri yaralanıb və onlarla nəfərin də tənəffüsündə problem yaranıb.

Sionist rejim ordusunun ötən 10 gündə Qəzzəyə qarşı hücumlarında 230 fələstinli şəhid olub , 1700 nəfərdən çox fələstinli isə yaralanıb.  

İsrail sonuncu dəfə Qəzzada irimiqyaslı quru əməliyyatını 2008-2009-cu illərdə keçirmişdi.
 

Google+ WhatsApp ok.ru