Ukrayna Müdafiə Nazirliyi: Debaltsevoda azı 90 hərbçi əsir düşüb

Ukrayna Müdafiə Nazirliyi Debaltsevoda gedən döyüşlər zamanı azı 90 hərbçinin əsir düşdüyünü açıqlayıb.
 
APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Debaltsevo platsdarmı cəbhələrinin birində düşmən qüvvələri ilə qeyri-bərabər döyüşdə Ukrayna Silahlı Qüvvələrinin 90-dan çox hərbi qulluqçusu əsir düşüb.
 
Donetsk separatçılarının liderlərindən olan DeniS Puşilin əsirləri "hamını hamıya" prinsipi ilə dəyişdirməyə hazır olduqlarını bildirib. Xatırladaq ki, Minsk sazişinə əsasən tərəflər bütün əsirləri qarşılıqlı şəkildə azad etməlidir. 

Google+ WhatsApp ok.ru