Bəhreyn xalqı `Qara Cümə` günü ildönümündə aksiya keçirdi

Bəhreyn xalqı "Qara Cümə" kimi tanınan günün 5-ci ildönümü münasibətilə dünən aksiya keçirib.
 
Maide.az xəbər verir ki, Bəhreyn xalqı dünən 17 fevral 2011-ci ildə Bəhreyn təhlükəsizlik qüvvələrinin dinc nümayişlər zamanı qətlə yetirilənləri anmaq, Bəhreyn diktatorluq rejimini qınamaq və etiraz üçün ölkənin bəzi şəhərlərində aksiya keçirib.
 
Bəhreyn xalqının diktator rejim əleyhinə qiyamı 2011-ci ildən bəri davam edərkən, nümayişçilər ölkədə hakimiyyətini davam etdirən Bəhreyn Ali Xəlifə sülaləsinin yerinə xalqın seçdiyi bir hökumətin rəhbərliyinə gəlməsini istəyir.

Google+ WhatsApp ok.ru