UNICEF: Yəməndə insani faciə yaşanır

UNICEF: Yəməndə insani faciə yaşanır

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Yəməndəki nümayəndəsi Meritksell Relano bu ölkədə insani faciə barədə xəbərdarlıq edib və Səudiyyə Ərəbistan rejiminin hücumları nəticəsində bu ölkədə səhiyyə infrastrukrunun məhv olduğunu deyib.
 
Maide.Az xəbər verir ki, M.Relano ötən gün verdiyi açıqlamada Yəməndə vəba xəstəliyinin genişlənməkdə olduğunu bildirib və əlavə edib ki, Yəməndə 500 min nəfər vəbaya yoluxub və xəstələrin yarısını uşaqlar təşkil edir. 
 
M.Relano əlavə edib ki, Səudiyyə rejiminin hücumlarında çoxlu sayda yəmənli uşaq ölüb yaxud əlil olub. “Yəməndə müalicə mərkəzlərinin yarısının yanacaq və elektrik enerjisi yoxdur. Eləcə də tibbi təchizatlar çatışmazlığı olduğu üçün yaralılar və xəstələrə lazımi xidmət göstərilə bilmir. Yəməndə ehtiyaclılara yardım göstərmək çox çətindir”.
 
Səudiyyə Ərəbistanı rejimi ABŞ və bəzi ərəb ölkələrinin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə hərbi təcavüz edib. Ali-Səud rejimi Yəməni quru, dəniz və havadan mühasirədə saxlayır.  
 
Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 12 min yəmənli ölüb, on minlərlə əhali yaralanıb, milyonlarla insan didərgin düşüb və ölkənin infrastrukturu məhv olub. 
 
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib. (irib)

Google+ WhatsApp ok.ru