Yəmən ordusu Səudiyyənin iki qırıcısını vurdu 26 Mart 2015 02:00 Yəmən Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri Səudiyyə Ərəbistanının iki qırıcı təyyarəsini vurub. Maide.az xəbər verir ki, Livanın Əl-Məyadin telekanalının məlumatına görə, Yəmən Ənsarullahı Hərəkatının Siyasi Şurasının üvzü Tofiq Əl-Həmiri bildirib: Yəmən ordusunun Havadan Müdafiə Qüvvələri Ərəbistan rejimi ordusunun iki təcavüzkar təyyarəsini paytaxt Səna səmasında məhv edib. Ənsarullah Hərəkatının yüksək səviyyəli rəsmilərindən Məhəmməd Əl-Bəxiti Ərəbistan rejimi ordusunun Yəmən ərazisinə hərbi təcavüzünə münasibət bildirib və deyib ki, Yəmən xalqı təcavüzkarlıqla mübarizə aparacaq və bu, Yəmən xalqına qarşı ədalətsiz müharibədir. Məhəmməd Əl-Bəxiti Yəmən əleyhinə hərbi əməliyyatın regionu böyük müharibəyə sürükləyəcəyi haqda xəbərdarlıq edib. Qeyd edək ki, martın 25-dən 26-a keçən gecə qəflətən Səudiyyə Ərəbistanı və 9 körfəz ölkəsi Yəmənə qarşı hava hücumlarına başlayıb. İşğalçı körfəz koalisiyasına Səudiyyə, Qətər, BƏƏ, Küveyt, Bəhreyn və sair ölkələr daxil olub. Misirin də bu işğalçı koalisiyaya qoşulduğu iddia edilir. Bəzi KİV-lərin məlumatına görə, Ali Səud rejiminin təcavüzü nəticəsində 20 Yəmənli şəhid olub, onlarla insan yaralanıb. / Teqlər : #Yəmən ordusu Səudiyyənin iki qırıcısını vurdu , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ənsarullah: Al Səud öz təcavüzünün bədəlini ağır ödəyəcək Ənsarullah Hərəkatı fövqəladə iclas çağırdı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'